Sosial şəbəkədə biz:

Rusiyada Azərbaycan vətəndaşına travmatik silahdan atəş açıldı

07 January 2018, 11:22
Gündəm
Rusiyanın Vladivostok şəhərində kütləvi dava baş verib və nəticədə, Azərbaycan vətəndaşı travmatik silahdan açılmış atəşlə yaralanıb. Virtualaz.org “Novosti Vladivostoka” nəşrinə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində travmatik tapança gilizləri aşkarlayıblar. Xəsarət almış 3 nəfər xəstəxanaya çatdırılıb. Ən çox xəsarət isə Azərbaycan vətəndaşında qeydə alınıb – ona döş qəfəsinin və kürəyin yaralanması diaqnozu qoyulub. Baş vermiş hadisə ilə əlaqədar araışdırma aparılır, travmatik silahın sahibi müəyyənləşdirilir.