Sosial şəbəkədə biz:

Qaxda qorxunc hadisə: canavarlar insana və heyvanlara hücum etdi

07 January 2018, 16:31
Gündəm
Qax rayonunun Əməbərçay kəndində xoşagəlməz hadisə baş verib.  Kənd sakini Asəf Cumayevin Sputnik Azərbaycan-ın bölgə müxbirinə dediyinə görə, hadisə gündüz saatlarında baş verib: “Heyvanları otarmaq üçün dağa apardım, canavarlar hücum etdi. Özüm və digər iribuynuzlu heyvanlar xilas olsa da, buzov yırtıcılar təfərindən parçalandı”. Kənd sakinlərinin sözlərinə görə analoji hadisələr tez-tez baş verir. Sözügedən kənddə son bir ay ərzində heyvanlar 3 dəfə yırtıcıların hücumuna məruz qalıb.