Sosial şəbəkədə biz:

Türkiyə ordusu İraqda əməliyyat keçirdi – 6 terrorçu məhv edildi

07 January 2018, 17:54
Gündəm
Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalındakı Kani Raş bölgəsində həyata keçirdiyi əməliyyat nəticəsində 6 terrorçunu məhv edib. "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, terrorçular sərhəd bölgəsində yerləşən məntəqələrə hücum hazırlamaqda şübhəli bilinir. Türkiyə Hərbi Hava Qüvvələrinin Baş qərargahından verilən məlumata görə, İraqın şimalında terrorçulara aid hədəflərin zərərsizləşdirilməsi davam etdirilir. Hərbi təyyarələr əməliyyatdan sonra bazaya qayıdıblar.