Sosial şəbəkədə biz:

"Real" Koutinyonu 200 milyon avroya transfer etmək istəyib

07 January 2018, 20:47
Gündəm
Madridin "Real" klubu "Barselona" ilə mübarizədə Braziliya yığmasının yarımmüdafiəçisi Filippe Koutinyonu ələ keçirməyi planlaşdırıb. “Report” xəbər verir ki, klub rəhbərliyi "Liverpul"un sabiq futbolçusuna 200 milyon avro təklif etmək niyyətində olub. Lakin futbolçu "Barselona"nı seçib və Kataloniya komandasına keçib. Onun transfer məbləği təqribən 140 milyon avrodur.