Rozenbaum Rusiyanın Birinci kanalında "Cücələrim" oxudu - Video
Rusiyanın xalq artisti Aleksandr Rozenbaum "Kim milyoner olmaq istəyir" verilişinin Yeni il üçün hazırlanmış efirində suallardan birinə cavab verərkən dünyaca məşhur "Cücələrim" mahnısını ifa edib.
Rozenbaumun sözlərinə görə "Cücələrim" onun ifa etdiyi ilk mahnıdır və bu günə qədər sözlərini yaddan çıxartmayıb (videonun 40-cı dəqiqəsindən etibarən həmin hissəyə baxa bilərsiniz).
Xatırladaq ki, "Cücələrim" uşaq mahnısı 1949-cu ildə yazılıb. Bəstəkarı Qəmbər Hüseynli, sözlərini isə Tofiq Mütəllibov yazıb.