Sosial şəbəkədə biz:

Əhmədinejad həbs olunub? - Eks-prezidentin vəkilindən açıqlama

08 January 2018, 09:32
Gündəm
İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın vəkii Adil Heydəri müştərisinin İslam Respublikası şəhərlərində keçirilən etirazlara verdiyi dəstəyə görə saxlanılmasına dair KİV-də yayılan məlumatları təkzib edib. “Qafqazinfo”nun “Tass.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Erem news” xəbər portalının məlumatında bildirilir. “Mənim müştərim, eks-prezident Mahmud Əhmədinejadın həbsinə dair məlumatlar həqiqətə uyğun deyil”, - deyə Heydari ərəb mətbuatında yayılmış məlumatı şərh edib. Rəsmi Tehran isə xəbəri indiyə qədər nə təsdiq, nə də təkzib edib. Qeyd edək ki, bu gün “Əl-Qüds əl-Arabi” qəzeti iranlı mənbələrə istinadən sabiq prezident Mahmud Əhmədinejadın hökumət əleyhinə nümayişləri dəstəklədiyi üçün həbs edildiyinə dair informasiya yayıb.