Trend-in məlumatına görə, bu barədə Gürcüstanın İctimai Televiziyası xəbər yayıb. Avtobusda 50 sərnişin - müxtəlif ölkələrin, o cümlədən Rusiya vətəndaşları olub. Bazar ertəsinə keçən gecə baş vermiş hadisə zamanı sərnişinlər dərhal avtobusu tərk etdiyindən xəsarət alan olmayıb. Nəqliyyat vasitəsi tamamilə yanıb. Fakt araşdırılır.