Belə ki, sənətçi “Gəl mənə əl çək, Müşfiq” adlı şeiri şairin “Rəssam” şeiri ilə bağlı olaraq yazıb. Həmin şeiri təqdim edirik: Gəl mənə əl çək, Müşfiq 6 yanvar anım günündür, Müşfiq Sənin o gün qanın axıbdır, Müşfiq Bu gün sənin məzarın yoxdur, Müşfiq Ramiz Rövşən demişdir ki, ay Müşfiq Milyon-milyon qəbir varsa, Bir qəbirsiz şair varsa, Üzündə bir sağ yer varsa, Dünyanın tfu üzünə Tfu üzünə dünyanın Qələmlərdə yerin sənin Kağızlarda, qəlblərdə Könlümdə nə varsa Açayım dağlara O dillərdə bu dillərdə Dənizlərdə, tarlalarda, təbiətdə, bəşəriyyətdə Axı necə əl çəkim? Qəhqəhələrdir Müşfiq. Ha-ha-ha-halardır Müşfiq. Məzaristanlardır Müşfiq. Məkanın cənnətdir, Müşfiq. Gəl məni çək Məni sən çək Çək mənə əl, can Müşfiq Ruhun şad olsun, Müşfiq Şad-xürrəm otur, Müşfiq... AzNews.az