Sosial şəbəkədə biz:

İcra başçısının müavini işdən çıxarıldı

08 January 2018, 17:28
Gündəm
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun birinci müavini Faiq Kərimov istefa verib. Faktı Axar.az-a təsdiqləyən Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev bildirib ki, F.Kərimov öz istəyi ilə ərizə yazaraq işdən çıxıb: “Faiq Kərimov bir müddətdir ərizə yazıb və işdən ayrılıb. Səbəbi barədə məlumatımız yoxdur”. E.Qocayev qeyd edib ki, hələlik onun yerinə təyinat olmayıb.