Sosial şəbəkədə biz:

Bakıda taksi otelə girdi - Foto

08 January 2018, 17:31
Gündəm
Bakıda "London Taxi TX4" markalı avtomobil qəza törədib. Azinforum.az Milli.Az-a istinadən xəbər verir ki, hadisə Neftçilər prospekti ilə Rəşid Behbudov küçəsinin kəsişməsində baş verib. "London taksisi" kimi tanınan avtomobil "Park İnn Hotel" mehmanxanasına çırpılıb. Şahidlərin sözlərinə görə, qəza sürücünün yolu dönərkən avtomobili idarəetməni itirməsi nəticəsində baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin qəzaya uğrayan avtomobil əzilib, otelə isə ziyan dəyib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma gedir. Qeyd edək ki, qəzanın şahidləri olan şəxslər hadisənin barədə sosial şəbəkələrdə də məlumat yayaraq fotolar paylaşıblar.