Sosial şəbəkədə biz:

Türkiyədən ölkəmizə gələnlərin sayı azalıb

08 January 2018, 22:04
Gündəm
Türkiyədən ölkəmizə gələn turistlərin sayı azalıb. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, 2017-ci ildə Azərbaycana 301 553 nəfər Türkiyə vətəndaşı səfər edib. Bu isə 2016-cı illə müqayisədə azdır. Ümumilikdə isə Türkiyədən Azərbaycana gələnlərin sayında 11 790 nəfər azalma müşahidə edilib. Qeyd edək ki, 2016-cı illə müqayisədə 2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların sayı 449 215 (20%) nəfər artaraq 2 691 998 nəfər olub. Bu da indiyə qədər müşahidə edilmiş ən yüksək göstəricidir.