Sosial şəbəkədə biz:

Zidan Fransanın ən yaxşı məşqçisi seçildi

08 January 2018, 23:20
Gündəm
"France Football" jurnalı Fransada 2017-ci ilin ən yaxşı məşqçisini seçib. Qol.az-ın məlumatına görə, "Real"ın çalışdırıcısı Zinəddin Zidan ötən ilin ən yaxşı məşqçisi adına layiq görülüb. O, jurnalistlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən qalib olub. Qeyd edək ki, Z.Zidanın rəhbərliyi altında "Real" ötən il Çempionlar Liqası, La Liqa, İspaniya superkuboku, Avropa superkuboku və klublararası dünya çempionatının qalibi olub.