Sosial şəbəkədə biz:

İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanında terminalın açılışında iştirak edib

09 January 2018, 10:50
Gündəm
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində RO-RO terminalının açılışında iştirak edib, kompleksdə görülən işlərlə tanış olub. İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Prezident İlham Əliyev terminalın açılışını etdi.