Sosial şəbəkədə biz:

Abşeronda kişi arvadını, nəvə nənəsini öldürüb

09 January 2018, 18:35
Gündəm
Abşeronda iki qətl törədilib. APA-nın məlumatına görə, hadisələrdən biri Xırdalan şəhərində, digəri isə Saray qəsəbəsində qeydə alınıb. Xırdalan şəhərində ər qısqanclıq zəminində həyat yoldaşını qətlə yetirib. Saray qəsəbəsində isə nəvə nənəsini öldürüb. Hər iki qətli törədən şəxslər tutulub. Faktlarla bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.