Sosial şəbəkədə biz:

Tovuzda qadın ailəsi ilə dalaşdı, sirkə turşusu içdi

10 January 2018, 10:08
Gündəm
Tovuz rayonunda qadın sirkə turşusu içib. Trend-in məlumatına görə, hadisə rayonunu Əyyublu kəndində baş verib. Kənd sakini, 1976-cı il təvəllüdlü Kərimova Vəfa Namaz qızı evlərində sirkə turşusu "essensiya" içərək intihara cəhd edib. Qadın xəstəxanaya çatdırılıb. Məlumata görə, V.Kərimova ailə münaqişəsi zəminində intihara cəhd edib. Faktla bağlı araşdırma aparılır.