Sosial şəbəkədə biz:

Bakıda güclü külək daş hasarı gənc oğlanın üstünə aşırdı

10 January 2018, 10:12
Gündəm
Bakıda güclü külək zamanı daş hasar gənc oğlanın üstünə aşıb "Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib Belə ki, Biləcəri qəsəbəsində 1992-ci il təvəllüdlü Əliyev Əhməd Fərman oğlu yol kənarı ilə hərəkət edən zaman güclü küləyə tab gətirməyən daş hasar uçub. Nəticədə daşlar Ə.Əliyevin üzərinə düşüb. O, xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər Ə. Əliyevin vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.