Sosial şəbəkədə biz:

Flora Kərimovadan səhhəti ilə bağlı AÇIQLAMA

11 January 2018, 16:56
Gündəm
Xalq artisti Flora Kərimova xəstəxanaya düşməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
Azinforum.az qafqazinfo-ya istinadən xəbər verir ki, 76 yaşlı müğənni müayinə üçün xəstəxanaya getdiyini qeyd edib.
F.Kərimova səhhətinin də qaydasında olduğunu söyləyib:
"Mən xəstəxanada heç yatmamışam. Yazıblar da...Sadəcə olaraq gedib özümü müayinə edib qayıtmışam. Səhhətim qaydasındadır, hər şey normaldır".
Qeyd edək ki, yeniçağ.az sənətçinin "Travmatologiya"ya yerləşdirildiyini, hazırda yataq rejimində olduğunu yaymışdı.