Sosial şəbəkədə biz:

"Bakı" kinoteatrının söküb, yerində univermaq tikirlər - Nazirlik isə deyir ki, bizlik deyil

11 January 2018, 17:48
Gündəm
Mədəniyyət və Turizm Nazirliyi "Bakı" kinoteatrının sökülərək onun yerində univermaq tikilməsi ilə bağlı məlumatlara münasibət bildirib.
Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov Trend-ə deyib ki, "Bakı" kinoteatrı artıq Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində deyil: "Həmin kinoteatr uzun müddət əvvəl özəlləşdirilib".
Qeyd edək ki, "Bakı" kinoteatrının sökülərək onun yerində univermaq tikilməsi ilə bağlı məlumatlar yayılıb.