Sosial şəbəkədə biz:

Türkiyədə xüsusi təyinatlı polis departamenti ləğv edildi

12 January 2018, 11:07
Gündəm
Türkiyə Baş Polis İdarəsinə məxsus Xüsusi təyinatlı polis departamentinin ləğvi rəsmi olaraq qüvvəyə minib. Trend-in məlumatına əsasən, departamentin ləğvi haqqında qərar ölkənin Daxili İşlər Nazirliyinin 2 noyabr 2017-ci il tarixli müraciəti əsasında həmin il noyabrın 20-də Nazirlər Kabineti tərəfindən qəbul edilib. Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyinin tabeliyində Baş Polis İdarəsinin Xüsusi təyinatlı polis departamenti 22 mart 1983-cü ildə yaradılıb.