Sosial şəbəkədə biz:

Vladimir Jirinovskidən Ukraynaya təhdid: "Sizi güllələyəcəyik" - VİDEO

12 January 2018, 11:35
Gündəm
"Rossiya 1" telekanalında yayımlanan "60 dəqiqə" verilişində Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski ukraynalı politoloq Vadim Tryuxana qarşı sərt ifadələr işlədib. Axar.az xəbər verir ki, buna səbəb isə ukraynalı politoloqun Jirinovskinin çıxışını sirk adlandırması olub. "Sizi güllələyəcəyik, alçaq və vicdansızlar. Siz əclaf və cinayətkarsınız. Siz artıq 10 min nəfəri məhv etmisiz. Hər biri üçün cavab verəcəksiz", - deyə Jirinovski bildirib.