Sosial şəbəkədə biz:

Azərbaycanlı oliqarx bir gündə bir milyard qazandı

13 January 2018, 22:13
Gündəm
Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov bir gündə bir milyard dollara yaxın varlanıb. Azinforum.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, buna səbəb “Lukoyl”un aksiyalarının bu şirkətin tarixi ərzində maksimum artması olub. Moskva birjalarında “Lukoil”in aksiyalarının dəyəri 7 faizədək artıb ki, bu da şirkətin prezidentinin varidatına daha bir milyard əlavə edib. Analitiklər “Lukoyl”un aksiyalarının dəyərinin bir qədər də artacağını proqnozlaşdırırlar.