Sosial şəbəkədə biz:

Fələstin dövlətinin yaradılması məsələsi BMT-də müzakirəyə çıxarılacaq

14 January 2018, 12:47
Gündəm
Fələstin Azadlıq Təşkilatı (FAT) İcraiyyə Komitəsi paytaxtı Şərqi Qüdsdə olmaqla Fələstin dövlətinin yaradılması məqsədi ilə BMT çərçivəsində beynəlxalq konfrans keçirməyə çağırıb. RİA Novosti bildirir ki, bu barədə FAT-ın ötən axşam yaydığı bəyanatda deyilir. FAT müstəqil Fələstin dövlətinin 1967-ci ildən əvvəl olan sərhədlərdə yaradılmasına ümid edilir. Bundan başqa, konfransın işində Fələstin qaçqınlarının problemlərinin həlli variantları, İsrail həbsxanalarında fələstinli məhbusların vəziyyəti və BMT qətnamələrinə uyğunluluq müzakirə ediləcək.