Sosial şəbəkədə biz:

Fantastika reallaşır: sükansız və əyləcsiz maşın gəlir

14 January 2018, 13:20
Gündəm
Amerikanın ən böyük avtomobil istehsalçılarından olan General Motors (GM) insanların ən fantastik ideyalarını reallaşdırmağa hazırlaşır.  Sputnik Azərbaycan konsernin rəsmi saytına istinadən xəbər verir ki, GM 2019-cu ildə sükansız maşın istehsal etməyə hazırlaşır. Şirkət "Chevrolet Bolt" elektromobilinin əsasında "Cruise AV" avtomobilinin kütləvi istehsalını nizamlamaq niyyətindədir. CM-in prezidenti Den Amman bildirib ki, avtomobilin üzərində 1,5 il iş aparılıb. Onun sözlərinə görə, bu, idarəçilik elementləri — sükan və əyləclərin olmadığı ilk avtomobildir. Avtomobilin prototipini artıq San-Fransisko və Finiks küçələrində test edirlər. Qeyd edək ki, GM-dən əlavə Uber taksi servisi, Volvo, Ford, Jaguar Land Rover, Volkswagen avtokonsernləri, elcə də İlon Maskın Tesla şirkəti pilotsuz maşın hazırlığı ilə məşğuldur.