Yüz minlərlə Fransa vətəndaşı Rusiyadan XIX əsrdə Rusiya İmperiyasının buraxdığı istiqrazlar üzrə ödənişləri tələb edib. Tələbin ümumi məbləği 30 milyard avro təşkil edir.
Bildirilir ki, 1967-ci ildə Rusiyanın dəmiryol şirkətləri qızılla təmin edilmiş dövlət istiqrazlarının buraxılışına başlayıbar. Sonrakı 3 onillik ərzində fransızlar bu layihələrə 15 milyard frank (53 milyard avro) investisiya qoyublar.
Həmin istiqrazlar üzrə gəlirləri almaq az adama müyəssər olub. 1918-ci ildə Vladimir Lenin çar Rusiyasının borclarının ödənilməsindən imtina barədə fərman imzalayıb. 1997-ci ildə isə Rusiya Federasiyası Fransa ilə müqavilə imzalayıb. Həmin sənədə əsasən, Rusiya Federasiyasının Rusiya İmperiyasının borclarına görə Fransa qarşısında öhdəliyi yoxdur.
Lakin o vaxtın istiqraz sahiblərinin 400 minə yaxın varisi kompensasiya tələb etməkdə davam edirlər və bildirirlər ki, Rusiya heç də müflis deyil.
“Dövlət borcu köhnəlmir. O ödənilməlidir. Oyunun qaydaları belədir”, - RFİ-yə müsahibəsində varislərdən biri deyib.(Virtualaz.org)