Sosial şəbəkədə biz:

9 May Avropada dövlət bayramı elan edilə bilər

16 January 2018, 10:03
Gündəm
Avropa Parlamentinin qətnaməsinə müvafiq olaraq, 9 May Avropa İttifaqı ölkələrində dövlət bayramı statusu ala bilər. Azinforum.az  istinadən xəbər verir ki, bu barədə bənd 2017-ci ilin son sessiyasında 430 deputat tərəfindən qəbul edilmiş Avroparlamentin vətəndaş hüquqları qətnaməsində yer alır. “İndi ölkələr özləri qərara gəlməlidirlər – Avropa Parlamentinin tövsiyəsinə uyğun olaraq bu günü istirahət günü elan etsinlər, ya yox. Bu gün təkcə Avropa Günü deyil, həm də avropalıların bir çoxu üçün Qələbə Günü ilə assosiasiya olunur”, - Avropa Parlamentinin üzvü Tomaş Zdexovski deyib. Qeyd edilir ki, qətnamə Avropa Komissiyasına, Avropa İttiqafı Şurasına, ölkə parlamentlərinə və hökumətlərinə göndərilib.