Sosial şəbəkədə biz:

Kəramət Xəlil Rzanın ailəsindən, şəhid oğlunun ruhundan və Xəlilsevərlərdən üzr istədi

16 January 2018, 22:09
Gündəm
Bir neçə gün bundan əvvəl feysbuk səhifəmdə Xəlil Rza Ulutürk haqqında yazdığım fikirlər birmənalı qarşılanmadı. Sərt reaksiya göstərildi. Mən şəhid atası Xəlil Rza haqqında səsləndirdiyim fikirlərin kökündən yalnış olduğunu anladım və buna görə Xəlil Rzanın və onun qəhrəman oğlu şəhid Təbirz Xəlilbəylilinin ruhundan, onların ailəsindən, eyni zamanda Xəlilsevərlərdən üzr istəyirəm. Şəhidlər torpağa basdırılmış ehtiyat qüvvələrimizdir. Nə qədər torpaq altında yatan şəhidlərimiz var, vətənimiz bir o qədər böyük və qüdrətlidir. P.S. Mənim məlum statsumu tirajlayan saytlardan xahiş edirəm ki, bu üzrxahlıq yazımı da yayımlasınlar. Kəramət Böyükçöl Azinforum.az