Türkiyə universitetləri nə işə yarayır? - TƏHLİL
Türkiyə iqtisadiyyatı dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından biridir. Türkiyə iqtisadiyyatının 2019-cu ildə 4 faiz artacağını gözləyən Dünya Bankına (DB) əsasən, ölkənin bu müsbət görünüşündə əhalinin işləyən hissəsinin sürətlə artan sayı rol oynayır.
Bununla belə Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Beynəlxalq Tələbə Qiymətləndirilməsi Proqramı (BTQP) ilə birlikdə tez-tez Türkiyənin təhsil sisteminin qlobal standartlarla üst-üstə düşmədiyini diqqətə çatdırır. Türkiyədə təhsil və bacarıq səviyyəsi, rəqabətə davamlı və dinamik bilik əsaslı iqtisadiyyatı təmin edən beynəlxalq standartlardan geri qalır. Ən pisi isə yaxşılaşmaq əvəzinə Türkiyənin orta təhsil üzrə reytinqi sürətlə aşağı enir. Dünya İqtisadi Forumuna görə, 2008-ci ildə 91-ci yerdə gələn Türkiyə, 2016-2017-ci illərdə 105-ci yerə qədər geriləyib. U.S. News və World Report tərəfindən dərc olunan Ən Yaxşı Qlobal Universitetlər reytinqlərində universitetlərin gerilədiyi müşahidə olunur. İstanbulda yerləşən Boğaziçi Universiteti, paytaxt Ankaradakı Orta Doğu Teknik Universiteti (ODTÜ) və İstanbul Teknik Universiteti kimi Türkiyənin ən nüfuzlu akademik təsisatlarının hamısı, 2018-ci il Ən Yaxşı Qlobal Universitetlər sıralamasında aşağı düşüblər. Buraya 74 başqa ölkənin 1250 universiteti də daxildir. Yəqin ki, bir çoxu bundan təəccüblənmir. Türkiyədəki universitet sektoru heç də xoş günlər yaşamır. 2016-cı ilin iyulunda baş verən uğursuz çevriliş cəhdindən sonra, təxminən 5000 akademik işindən qovulub. Onlarla tanınmış alim həbs olunub. Minlərlə tələbə universitetlərdən xaric edilib. Müxtəlif fövqəladə fərmanlar vasitəsilə universitetlərin sahib olduqları müstəqillik əllərindən alınıb. Hazırda Türkiyə ciddi şəkildə akademiklər, intellektuallar və peşakarlar qıtlığı yaşayır. Bu qədər insan kapitalı itkisinin təsirləri artıq özünü göstərir. Əsas müxalif Cumhuriyyət Xalq Partiyası (CHP) deyir ki, son aylarda ölkəni tərk edən ali savadlı işçilərin sayı dörd dəfə artıb. Türkiyə universitetləri Türkiyənin yumşaq gücünün mühüm hissəsi sayılmalı idi. Xarici tələbələrin qəbulu nəinki Türkiyə iqtisadiyyatına kömək olur, eləcə də həmin tələbələrin vətənləri ilə münasibətləri yaxşı mənada uzun müddətə gücləndirir. Türkiyədə xarici tələbələrin əksəriyyətini azərbaycanlı tələbələr təşkil edir. Həm türk, həm də xarici tələbələr, öz akademik seçimləri üzrə ən nüfuzlu universiteti seçirlər.
Boğaziçi universiteti Türkiyənin ən nüfuzlu universitetlərindən biridir
Meral Aksener prezident Erdoğanın çıxışının əsl hədəfinin bir vaxtlar prezidentin ən yaxın müttəfiqlərindən biri "işdən qovulan keçmiş baç nazir Ahmet Davutoğlu" olduğunu iddia edib