Sosial şəbəkədə biz:

Bu gün Bakının bir hissəsində su olmayacaq

17 January 2018, 10:30
Gündəm
Bakının bir hissəsində su olmayacaq. "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 17 yanvar 2018-ci il tarixində Müşfiqabad qəsəbəsindən Sulutəpə qəsəbəsinə qədər ərazidə Şollar-Bakı su kəmərindən qidalanan istehlakçıların su təchizatında məhdudiyyətlər olacaq. Buna səbəb Bakı Metropoliteninin Bənövşəyi xəttinin Elektrik Deposunun tikintisi layihəsi çərçivəsində Yeni Avtovağzal yaxınlığından keçən magistral su kəmərlərinin yerinin dəyişdirilməsidir.