Sosial şəbəkədə biz:

İlham Əliyev Bakı Paylayıcı Şəbəkəsinin inzibati binasının və yarımstansiyalarının açılışında iştirak edib

17 January 2018, 11:32
Gündəm
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin paytaxtın Xətai rayonunda yerləşən Bakı Paylayıcı Şəbəkəsinin inzibati binasının, 220 saylı yarımstansiyasının, 110 kV-luq “Yasamal 1” yarımstansiyasının, 110 kV-luq “Qobu” yarımstansiyasının və 120 saylı yarımstansiyanın açılışında iştirak edib. Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi. “Azərişıq” ASC-nin sədri Baba Rzayev Prezident İlham Əliyevə inzibati bina və yarımstansiyalar haqqında məlumat verdi.