Sosial şəbəkədə biz:

Suçiçəyinə qarşı KÜTLƏVİ PEYVƏNDLƏMƏ tətbiq ediləcək? - Rəsmi açıqlama

18 January 2018, 10:28
Gündəm
“Ola bilər ki, bir neçə il sonra suçiçəyinə qarşı peyvənd edilsin. Amma indi bu məsələyə baxılmır”. Bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva bildirib. Onun sözlərinə görə, hazırda ölkədə suçiçəyinə yoluxma hadisələrinin sayında artım müşahidə edilmir: “Bu xəstəliklə bağlı vəziyyət stabildir. Suçiçəyi Azərbaycanda peyvəndlə idarəolunmayan xəstəliklər qrupuna aiddir. Çünki biz hələ ki, Azərbaycanda o xəstəliyə qarşı peyvənd tətbiq etməmişik. Peyvəndlər daha aktual, daha vacib olan xəstəliklərə qarşı edilir. Suçiçəyi ağır keçməyən xəstəlikdir”.