Sosial şəbəkədə biz:

Bakıya gələn təyyarənin diqqətçəkən qonaqları - Fotolar

18 January 2018, 10:39
Gündəm
Ərəblərin quşlarla birgə Azərbaycana səfər etməsi tez-tez müzakirələrə səbəb olur. “Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan fotoda Qətərdən Bakıya gələn təyyarədə ərəb turistlər deyil, yenə də quşları diqqət çəkib. Qeyd olunub ki, Qətər-Bakı-Qətər sərnişinləri üçün bu vəziyyət adi hal alıb. Ölkəmizə ov üçün gələn ərəb turistlər özü ilə birlikdə quşları üçün də təyyarədə yer alır.