Sosial şəbəkədə biz:

İki azyaşlı qızını ataraq qaçan qadın tapılıb

18 January 2018, 13:35
Gündəm
Masallıda övladlarını ataraq qaçan qadın tapılıb. APA-nın cənub bürosunun məlumatına görə, 23 yaşlı Y.M Bakıdakı qohumlarına zəng edərək, paytaxtın 8-ci mikrorayon ərazisində olduğunu bildirib. Qeyd edək ki, Y.M yanvarın 11-də məktub yazaraq, valideynlərinə layiq övlad olmadığını, başqa yerə gedərək intihar edəcəyini bildirmişdi. Onun 5 və 6 yaşlarında iki qızı var.