Sosial şəbəkədə biz:

Bakıda mağazadan oğurluq anbaan kameralara düşdü - VİDEO

18 January 2018, 21:42
Gündəm
Paytatxda mağazadan oğurluq edilib. ARB TV xəbər verir ki, hadisə nəzarət kameraları vasitəsi ilə anbaan görüntülənib. Mağazaya müştəri kimi daxil olan naməlum şəxs süd məhsulları satılan şöbəyə yaxınlaşır. Daha sonra orada olan bahalı yağ qutularını ciblərinə doldurur. Sonra isə mağazanı tərk edir. Məlumata görə, həmin şəxs əvvəllərdə mağazadan oğurluq edib. Onun sonuncu dəfə etdiyi oğurluq zamanı mağazaya 100 manatdan artıq ziyan dəyib. Faktla əlaqədar araşdırmalara başlanılıb.