Sosial şəbəkədə biz:

İsrail üzr istədi

19 January 2018, 09:51
Gündəm
İsrail hökuməti 2014 və 2017-ci illərdə həlak olan İordaniya vətəndaşlarına görə üzr istəyib. “Qafqazinfo” xəbər verir ki, bu barədə İordaniyanın PETRA agentliyi məlumat yayıb. Məlumata əsasən, İsrail hökuməti 2014-cü ilin mart və 2017-ci ilin iyulunda öldürülən iordaniyalılara görə üzr istəyib. Açıqlamada İsrail tərəfinin sözügedən məsələ ilə əlaqədar qanuni prosedurlara başlayacağı və ölənlərin ailəsinə təzminat ödəyəcəyi də qeyd edilib.