Sosial şəbəkədə biz:

Ərdoğan 20 Yanvardan yazdı - Foto

21 January 2018, 11:21
Gündəm
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın ümumxalq hüzn günü olan 20 Yanvar faciəsindən yazıb. “Qafqazinfo” xəbər verir ki, Ərdoğan “Twitter”dəki səhifəsində #20 Yanvar həştəqi ilə bunları yazıb: “28 il öncə Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən 20 Yanvar şəhidlərini rəhmətlə yad edirəm. Azərbaycanlı qardaşlarımızın kədərini bölüşürük. Türkiyə olaraq hər zaman Azərbaycanın yanında olacağıq”.