Sosial şəbəkədə biz:

Türkiyədən bölgə ölkələrinə xəbərdarlıq

21 January 2018, 13:40
Gündəm
Türkiyə höküməti bölgə ölkələri olan İordaniya, İraq, Livan, Qətər, Küveyt və Səudiyyə Ərəbistanının səfirlərini xarici işlər nazirliyinə çağıraraq "Zeytun Budağı" əməliyyatı barədə məlumat verəcək. Qaynarinfo Milliyet-ə istinadən xəbər verir ki, dünən BMT Təhlükəsizlik Komitəsinin daimi üzvləri ABŞ, Rusiya, İngiltərə, Fransa və Çinə, həmçinin İrana hərbi əməliyyat barədə informasiya verilmişdi. Qeyd edək ki, əməliyyat Suriyanın Afrin şəhərində PKK terror təşkilatının Suriya qolu olan PYD-yə qarşı təşkil edilib.