Ümumiyyətlə, Sabunçu-Zabrat yolunun bəzi hissələrində nəqliyyatın hərəkətinə çətinlik yaradan bir sıra nöqsanlara gəlincə, M.Ağayev vurğulayıb ki, bu məsələ BNA-nı da narahat edən məqamlardandır: "Həmin yoldakı problem də həllini tapacaq. Bakı Nəqliyyat Agentliyi bununla bağlı müvafiq qurumlarla iş aparır".
Qeyd edək ki, Sabunçu-Zabrat yolunun xüsusilə yolüstü piyada keçidinin yerləşdiyi hissəsində taksilərin avtobus dayanacaqlarında saxlaması, avtobusların isə yolun ikinci və üçüncü zolaqlarında saxlaması pik saatlarında tıxacların yaranmasına səbəb olur.
Bakı Nəqliyyat Agentliyi (BNA) Sabunçu-Zabrat yolunun Sabunçu qəsəbəsindən keçən hissəsində dayanacaqların yerlərinin dəyişdirilməsini təklif edib.
Azinforum.az xəbər verir ki, bu barədə agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
O qeyd edib ki, artıq həmin ərazidə, yolüstü piyada keçidinin yaxınlığında avtobus və taksi dayanacaq məntəqələrinin yerlərinin dəyişdirilməsi üçün Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına müvafiq müraciət göndərilib.