Sosial şəbəkədə biz:

“Range Rover”in ban nömrəsi saxtalaşdırıldı - Azərbaycanda

23 January 2018, 10:07
Gündəm
Ban nömrəsi saxtalaşdırılan avtomobil aşkarlanıb. Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, Avtonəqliyyat Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi, 2016-cı ildə istehsal olunan "Land Rover Range Rover" markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib. Yoxlama zamanı həmin nəqliyyat vasitəsinin ban nömrəsinin saxtalaşdırıldığı müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.