Sosial şəbəkədə biz:

Gədəbəyin icra başçısı iş başındadır - GİLEY

23 January 2018, 10:10
Gündəm
Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun sahibkar Fəxrəddin Bağırova qarşı qanunsuzluğu davam edir. 3 ay əvvəl icra başçısı sahibkarın Gədəbəy rayonu, Heydər Əliyev prospekti 10 ünvanında yerləşən obyektinin qapı-pəncərəsini, darvazasını daşla hördürərək işini iflic edib. Sahibkar Bakıya didəgir salınıb, işçiləri isə 3 aydır evlərinə 1 qara qəpik belə apara bilmirlər. Azeuronews.com-un hazırladığı videonu izləməklə Gədəbəyin icra başçısının törətdiyi qannunsuzluqların hansı səviyyədə olduğunu, ümumilikdə bir məmurun sahibkarlığa vurduğu ziyanın hansı səviyyəyə çatdığını görə bilərsiniz.