Sosial şəbəkədə biz:

Baş həkimin işdən çıxardığı tibb işçisi məhkəməyə müraciət etdi

23 January 2018, 17:31
Gündəm
Bir müddət əvvəl sosial şəbəkələrdə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundakı toplantının videogörüntüsü yayılıb.
Həmin videoda Uşaq Ağciyər Vərəmi şöbəsinin həkimi, tibb elmləri namizədi Səbinə Məmmədova institutun direktoru Həqiqət Qədirovaya etiraz edib. “Ölkə.Az”-ın məlumatına görə, video yayılandan  sonra – yanvarın 13-də Səbinə Məmmədova işdən azad edilib. Bu haqda əmrdə yazılıb ki, S.Məmmədova əmək funksiyasını pozub. Həkim işə bərpa tələbi ilə məhkəməyə müraciət edib. İddia ərizəsi artıq Nizami Rayon Məhkəməsinə təqdim olunub.