Sosial şəbəkədə biz:

Türk ordusu irimiqyaslı hücuma başladı

28 January 2018, 15:04
Gündəm
Türkiyə ordusu və Azad Suriya Ordusu Afrinin şimal-şərqində yerləşən Burseya dağında YPG terror təşkilatı ilə şiddətli döyüşlərə başlayıb. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb. Bu dağ sayəsində YPG Türkiyənin Kilis vilayəti və ASO-nun nəzarətində olan Azez şəhərini atəş altında saxlaya bilir. Quru qüvvələrlə yanaşı əməliyyata hərbi təyyarələr də qoşulub. YPG-nin buradakı beton mövqeləri təyyarələr və “Fırtına” özüyeriyən artilleriya qurğuları vasitəsilə darmadağın edilib.