Sosial şəbəkədə biz:

Naxçıvanın 4 gömrük əməkdaşı təltif edilib

30 January 2018, 10:56
Gündəm
Ötən gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları da vardır. Onlardan Məmmədov Asəf Səttar oğlu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Əliyev Rafael Rza oğlu, Həbibbəyli Səhət İsa oğlu və Mahmudov Nicat Nazim oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər. Azinforum.az