Sosial şəbəkədə biz:

Terrorçulara dəstək verən Türk Təbiblər Birliyinin üzvləri həbs olundu

30 January 2018, 14:07
Gündəm
Türk Təbiblər Birliyinin (TTB) terrorçulara dəstəkdə ittiham olunan 11 üzvü barəsində həbs qətimkan tədbiri seçilib. Trend-in məlumatına görə, Ankara Baş Prokurorluğu Türkiyə Silahlı Qüvvələrinin Suriyada apardığı "Zeytun budağı" əməliyyatı ilə bağlı bəyanat verən TTB-nin Mərkəzi Şurasının 11 üzvü haqqında istintaqa başlayıb. Arasında Birliyin rəhbəri Rəşid Tükel də olmaqla 8 nəfər saxlanılıb. TBB-nin "Zeytun budağı" əməliyyatı ilə bağlı bəyanatı terrorçulara dəstək kimi qiymətləndirilir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da məsələyə münasibət bildirib: "Türk Təbiblər Birliyi deyilən qurum "Savaşa xeyr" adlı kampaniya aparmaq istəyir. Terrorçulara məhəbbət bəsləyən belələrinin "Barışa hə" dediklərini eşitmədik". Qeyd edək ki, 83 245 üzvü olan TTB 1953-cü ildə İstanbulda təsis olunub. Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.