Sosial şəbəkədə biz:

Ötən ilin sonuna problemli kreditlər 1,6 milyard manata çatıb

02 February 2018, 20:53
Gündəm
Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi ötən ilin dekabrında 1 mlrd. 626,7 mln. manat təşkil edib. "APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu illik müqayisədə 154,1 mln. manat və ya 10,5% çoxdur. Ötən ilin noyabr ayı ilə müqayisədə isə dekabrda problemli kreditlərin həcmi 263,6 mln. manat və ya 14% azalıb. Qeyd edək ki, problemli kreditlərin ümumi kredit qoyuluşlarında payı 13,8% təşkil edir.