Sosial şəbəkədə biz:

“Fitch”: "Yaxın 2 ildə Azərbaycanda dolların məzənnəsi sabit qalacaq"

03 February 2018, 11:11
Gündəm
"Fitch" beynəlxalq reytinq agentliyi dünya bazarında sabit neft qiymətləri ehtimalları fonunda Azərbaycanda yaxın 2 il ərzində milli valyuta – manatın məzənnəsinin kəskin dəyişməyəcəyini proqnozlaşdırır.  "Report" xəbər verir ki, bu barədə Agentliyin Azərbaycanla bağlı hazırladığı reytinq qiymətləndirməsi hesabatında bildirilib. "Fitch" Azərbaycanda kredit və depozitlərin dollarlaşma dərəcəsinin azaldığını və 2017-ci ilin noyabr ayının sonuna müvafiq olaraq 40,6% və 72,1% təşkil etdiyini bildirib.