Sosial şəbəkədə biz:

BBC: Suriyada vurulan təyyarə Rusiyaya məxsus olub

03 February 2018, 20:44
Gündəm
Suriyanın İdlib əyalətində “Su-25” tipli təyyarə vurulub. APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, təyyarənin Rusiya Hərbi-Hava Qüvvələrinə məxsus olduğu ehtimal edilir. Məlumata görə, pilot katapult etməyə imkan tapa bilib. “Sky News Arabia” telekanalı təyyarənin “yer-hava” sinfinə aid raketlə vurulduğunu vurğulayıb. Məlumat rəsmən təsdiqlənməyib.