Sosial şəbəkədə biz:

Ərdoğan Afrində öldürülən terrorçuların sayını açıqladı

04 February 2018, 20:46
Gündəm
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Afrin bölgəsində keçirilən "Zeytun budağı" əməliyyatında indiyədək öldürülən terrorçuların sayını açıqlayıb. AzVision.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, Ərdoğan Afrində PKK, PYD, YPG, İŞİD qruplaşmasının məhv edilən üzvlərinin sayının 935-ə çatdığını bildirib. İtaliyaya səfərə hazırlaşan Türkiyə prezidenti Vatikanda keçirdiyi görüşlərdə Afrin əməliyyatı, Küds və digər önəmli məsələlərlə bağlı müzakirələr aparacağını vurğulayıb.