Sosial şəbəkədə biz:

Əfqan Cəfərovu borc üstündə güllələdilər

05 February 2018, 11:42
Gündəm
Xaçmaz rayonunda qətl hadisəsi baş verib. APA-nın verdiyi məlumata görə, hadisə rayonun Çarxı kəndində qeydə alınıb. Kənd sakini, 1973-cü il təvəllüdlü Hidayətov Ehtiram Əliyar oğlu həmkəndlisi, 1973-cü il təvəllüdlü Cəfərov Əfqan Malik oğlunu borca görə düşən mübahisə zamanı özünə məxsus ov tüfəngi ilə qətlə yetirib. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.