Bakıda zavodda güclü yanğın başlayıb
Bu dəqiqələrdə Bakının Nərimanov rayonunda güclü yanğın başlayıb.
“Qafqazinfo” xəbər verir ki, Keşlə qəsəbəsində yerləşən Qara Metal Zavodunda yanğın davam edir. Yanğını söndürməyə FHN-nin canlı qüvvəsi və texnikası cəlb olunub.