Sosial şəbəkədə biz:

Dövlət Komitəsi Azərbaycandakı ailələrin sayını açıqlayıb

06 February 2018, 21:30
Gündəm
“Azərbaycanda ailələrin sayı 2006-cı ildə 1 817 500 idisə, 2017-ci ilin əvvəlinə bu rəqəm 2 084 500 olub”. APA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. O bildirib ki, Azərbaycanda ailə institutu qorunub saxlanılır. H. Hüseynova qeyd edib ki, dövlət müəssisələrində uşaqların qidalanma, nəzarət, təhlükəsizlik, zorakılığa məruz qalma və digər məsələlərlə bağlı monitorinq aparılır: “Bütün məlumatlar Komitədə ümumiləşdirilib, tövsiyələr hazırlanıb və Nazirlər Kabinetinə çatdırılıb. Həmin tövsiyələr əsasında təlim-tərbiyə müəssisələrində şərait standartlara uyğunlaşdırılır, mütəxəssislər üçün yeni təlimlər keçirilir”. Dövlət Komitəsinin sədri uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının yaradıldığını da söyləyib.